Turkiye dövlət univesitetlərinə imtahansız təhsil
Bakalavar proqramları: 2015–2016 təhsil ili üçün təxmini bir illik ödəniş
Dövlət universitetlər: 200 — 2000 $ (İllik)
Özəl universitetlər: 1.000–42.000 $ (İllik)
Magistratura Proqramları
Magistratura proqramları müdafiəli və müdafiəsiz olmaq üzrə iki yerə ayrılır. Dövlət universitetlərində müdafiəsiz proqramlar müdafiəli proqramlardan daha yüksək ödənişlidir.. Özəl universitetlərdə isə hər ikisi üçün də ödənişlər demək olar ki, eynidir. Magistratura və doktorantura proqramlarının təhsil ödənişləri demək olar ki, eynidir..
2011–2012 akademik ilində təxmini magistratura və doktorantura üçün illik ödənişlər: Özəl universitetlər: 1.000 — 40.000 $ Dövlət univeritetləri: 200 — 1500 $ (müdafiəli) 1.000–10.000 $ (müdafiəsiz) * Təhsil haqqı hər il və ya semestr öncəsində ödənilir. Hər universitetin özünəməxsus qəbul və təhsil qaydaları mövcuddur. İngilis dilində hazırlıq təhsili alan tələbələr bir il ingilis dilində təhsil aldıqdan sonra bakalavr təhsilinə qədəm qoya bilər. Türkiyədə yataqxana Xaricdə təhsil almaq istəyən hər bir tələbə üçün ən vacib problemlərdən biri harada yerləşdiyini müəyyənləşdirməkdir. Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçün bu o qədər də çətin deyil., çünki burada alternativ yerləşmək seçimləriniz var. Universitetlərinin demək olar ki, hamısının öz yataqxanaları mövcuddur. Türkiyəyə gəlməzdən əvvən oxumaq istədiyiniz universitetlərə yataqxana və yerləşmə şəraitləri haqqında müraciət etməyiniz mümkündür. Yataqxanalardan əlavə, digər bir seçim də ev ya otaq kirayə götürmək ola bilər. Kirayələrin xərcləri bölgədən bölgəyə,, şəhərdən şəhərə dəyişməkdədir. Yataqxanalar adətən ev kirayəyələməkdən daha ucuz başa gəlir. Erasmus tələbələri üçün də ev, otaq və başqa seçimlər mövcuddur. Bir çox şəhərdə hostel (yataqxana) və ucuz otellər vardır. Hostellərdə qalmaq alışqanlığınız varsa orada da qala bilərsiniz. Uzun müddətli yerləşmək üçün yer aradığınız vaxtlarda hostellər səmimi ambiyansları ilə yaxşı bir həll variantı ola bilər.
50 $ — 150 $ (Aylıq) — Dövlət Yataqxanası
150 $ — 1000 $ (Aylıq) — Özəl Yataqxana
Dövlət yataqxanasında qalan hər tələbəyə dövlət tərəfindən gündəlik 6 TL yemək talonu verilir. Aylıq 180 TL-lik (100 $) yemək talonu tələbəyə yardım məqsədilə verilir. Türkiyə dövlətinin alacağı xərclər, 80 $ −150 $ (1 dəfə) — İkamet tezkeresi Defter Ödənişi* 60 $ — 80 $ (semestrlik) — Sığorta haqqı * “İkamet tezkeresi” — Türkiyə Respublikası Daxili İşlər Nazirliyi tərəfindən oxuduğunuz müddətdə Türkiyədə yaşamaq icazənizin olduğunu təsdiq edən sənəddir.
Digər xərclər: Şəhərə görə ortalama: 150 — 300 $ (Əlavə yemək, nəqliyyat, həftə sonu xərcləri və s.)
Pingback: Melbourne – TripMaiTrop
qebul davam edir?VE ne vaxta qeder?
salam.men atestatla turkiyede oxumaq isteyirrem.nece eleye bilerem.tqdk qebuldan kecmedim ama atestatim yaxsi qiymetlernendi.
salam qebul hele de davam edir?